“Ümid edirəm ki, indi daha çox qol vurub, öz rekordumu qıra bilərəm” – “Turan Tovuz”un futbolçusu

“Turan Tovuz”un yarımmüdafiəçisi Kristian da Silva Braziliya açıqlama verib.

Komanda.az xəbər verir ki, “Terra”-ya açıqlama verən braziliyalı futbolçu Azərbaycan Premyer Liqasında keçirdiyi 8 oyunda vurduğu iki qoldan bəhs edib:

“Mən həmişə müdafiəyə daha çox diqqət yetirən, komandanın müdafiədən çıxmasına kömək edən və onu əhatə edən oyunçu olmuşam. Buna görə də, hücumda nadir hallarda iştirak edirəm. 2024/2025 mövsümündə bir az daha sərbəstliyim var və bu, statistikada özünü göstərir. Ümid edirəm ki, indi daha çox qol vurub, öz rekordumu qıra bilərəm”.

Kristian da Silva indiyə qədər karyerası ərzində bir mövsümdə iki qoldan çox vurmayıb. O, karyerası ərzində APOEL, “ÇFR Kluj”, “Nasyonal”, “Pakoş Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Akademika Koimbra”, “Sabah” klublarında oynadıqdan sonra bu yay “Turan Tovuz”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button