Əliyev oynadı, Yunanov…
Albaniya çempionatında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu ölkədə legioner həyatı yaşayan azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.
Zamiq Əliyevli “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. 90 dəqiqədə meydanda olan azərbaycanlı müdafiəçi sarı vərəqə almaqla diqqət çəkib.
Amil Yunanovlu “Bilis” isə səfərdə “Partizani”yə 0:1 hesabıyla uduzub. Azərbaycanlı hücumçu sonadək ehtiyatda qalıb.
“Eqnatiya” hazırda 14 xalla 2-ci, “Bilis” 5 xalla 9-cudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin