Ronaldo məşhur futbolçunu “Əl-Nəsr”ə aparmaq istəyir

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçməsi üçün “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneni inandırmağa çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya görə, De Bruyne “Əl-Nəsr”ə qoşularsa, komandanın əsas oyunçusuna çevrilə bilər. Ronaldo hesab edir ki, “Əl-Nəsr”in rəhbərliyi 2025-ci ilin yayında klubu ilə müqaviləsi sona çatacaq 33 yaşlı futbolçunun vəziyyətindən yararlanmalıdır.

De Bruyne cari mövsümdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldığı bütün turnirlərdə 6 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button