Azərbaycan millisi Gürcüstanı məğlub edib

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun 2-ci turunda Gürcüstan yığmasını 7:2 hesabı ilə məğlub edib.

Azərbaycan yığması daha əvvəl İngiltərədən güclü olub – 4:0. Milli oktyabrın 7-də İspaniya (saat 20:00) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button