“Halandı yalnız üç nəfər dayandıra bilər”

Almaniya millisinin və “Real”ın müdafiəçisi Antonio Rüdiger “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandı dayandıra biləcək futbolçuların adlarını açıqlayıb.

Komanda.az “Cope”-yə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Halandın güclü oyunçu olduğunu bildirib:

“Haland güclü oyunçudur, əsl “maşın”dır. Onu dayandırmaq çox çətindir. Az sayda müasir müdafiəçi ona qarşı hər şeyi edə bilər. Onu yalnız üç nəfər dayandıra bilər: Vilyam Saliba, Vircil van Dayk və mən”.

24 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 6 oyun keçirib, 10 qol vurub. O, dünyanın ən bahalı futbolçusudur. Halandın bazar dəyəri 200 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button