Premyer Liqanın ən yaxşı qapıçısı odur – Şmeyxelə görə

“Mançester Yunayted”in sabiq qolkiperi Peter Şmeyxel hazırda İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısının kim olduğuna münasibət bildirib.

Komanda.az “Stick To Football”-a istinadən xəbər verir ki, danimarkalı sabiq futbolçunun seçimi “Mançester Siti”dən Ederson olub:

“Ederson Premyer Liqanın ən yaxşı qapıçısıdır. O, böyük seyvlər etməkdə və təkbətək vəziyyətlərdə əladır. Alisson Bekker (“Liverpul”) ayaqları ilə o qədər də yaxşı deyil. O, Edersonda görmədiyiniz səhvlər edir. Onları fərqləndirən yeganə şey budur”.

Ederson 2017-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O vaxtdan bəri braziliyalı qolkiper “şəhərlilər”in heyətində 340 oyun keçirib, 264 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button