“Barselona” Neymarı geri qaytarmaq istəyir

“Əl-Hilal”ın hücumçusu Neymar gələn yay “Barselona”ya qayıda bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Kataloniya klubunun transfer siyahısında ikinci prioritet namizəddir.

“Barselona”nın əsas hədəfi “Mançester Siti”nin futbolçusu Erlinq Halanddır. Katalonlar norveçli forvardı ala bilməsələr, Neymarla hücum xəttini gücləndirməyə çalışacaqlar.

32 yaşlı oyunçu gələn yay azad agentə çevriləcək. “Barselona” onu pulsuz almaqda maraqlıdır. O, 2013-17-ci illərdə “Barsa”da çıxış edib.

Neymar 2026-cı il dünya çempionatı üçün Braziliya millisinin heyətinə düşmək istəyir. “Barselona”ya keçid onu milli komandaya çağırılmaq üçün yaxşı formada saxlaya bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button