ÇL: Noyer məğlub olduqları oyundan danışdı

“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Aston Villa” ilə səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper bunun onlar üçün yaxşı oyun olmadığını bildirib:

“Bu, bizim üçün yaxşı oyun deyildi, amma pis də deyildi. Bəzən futbolda belə hallar olur. Rəqib yaxşı oyun nümayiş etdirdi və bizə çətinlik yaratdı. Hücumda şanslarımız oldu, lakin onları qola çevirə bilmədik”.

İngiltərədə keçirilən görüş “Aston Villa”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Bayern” növbəti turda səfərdə “Barselona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button