“Məğlub olmaq niyyətimiz yoxdur” – “Malmö”nün müdafiəçisi

Sabah “Malmö” Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, İsveç klubunun müdafiəçisi Yens Striger Larsen oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında sabahkı oyunun çətin olacağını bildirib:

“Uzun yoldan gəlmişik. Başa düşürük ki, oyun çətin olacaq. Amm yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, qələbə qazanaq.

“Qarabağ” haqda təbii ki, müəyyən məlumatlarımız var. Bilirik ki, güclü rəqibdir, Avropada təcrübəsi olan komandadır. Bizim məğlub olmaq niyyətimiz yoxdur. Paltardəyişmə otağında müsbət atmosfer höküm sürür”.

“Qarabağ” – “Malmö” matçı sabah saat 20:45-də start götürəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button