ÇL: Anri PSJ-nin problemini açıqladı

Fransa millisinin sabiq hücumçusu Tyeri Anri “Arsenal” – PSJ matçını şərh edib.

Komanda.az “Canal Plus”-a istinadən xəbər verir ki, Anriyə görə, Paris komandasının hücumda daha az yaradıcılığı var:

“Bu, Kilian Mbappenin komandanı tərk etməsi ilə bağlıdır. Marko Verratti üçün hələ də ideal əvəzedici yoxdur və Osman Dembele baş məşqçi Luis Enrikenin qərarına görə oyuna çıxmadı. Bəli, komanda daha balanslıdır, aydındır ki, bir ideya var. Amma PSJ-ni rəqibin cərimə meydançasında və onun ətrafında az gördük. Burada sanki oyunçular topa nəzarət etməkdən başqa, nə edə biləcəklərini tam bilmirdilər”.

“Arsenal” UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçirilən matçda PSJ-ni 2:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button