İnqilab Məmmədov dünya çempionatına təyinat alıb
FİFA referisi İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatına təyinat alıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Məmmədov yarışın Avropa zonası üzrə seçmə mərhələsində idarəçilik edəcək.
Seçmə mərhələnin oyunları oktyabrın 4-13-ü aralığında İspaniyanın Kadis şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin