“Mən də Ronaldo kimi olmaq istəyirəm”

“Atletiko”nun yeni transferi Joao Feliks açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, millidəki komanda yoldaşı Kriştiano Ronaldo kimi olmaq istədiyini deyib:

“Ronaldo 5 dəfə “qızıl top” mükafatını qazanıb və bu, hər futbolçunun arzusudur. Mən də Ronaldo kimi olmaq istəyirəm.

“Atletiko”ya gəldikdən sonra burdakı hücumçuları gördüm. Onlar möhtəşəm futbolçudurlar. Mən daha yaxşı olmaq istəyirəm. Ona görə də, buranı seçdim. İndi əsas məqsədim ispan dilini öyrənməkdir. Daha çox şey başa düşmək üçün komanda yoldaşlarımla və baş məşqçiylə daha çox ünsiyyətdə olmalıyam. Hazırda bunun üzərində çalışıram”.

Feliks “Benfika”dan 126 milyon avro müqabilində transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button