ÇL: Arteta razı qalıb

UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Arsenal” doğma meydanda PSJ-ni 2:0 hesabı ilə məğlub edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “topçuların” ispaniyalı çalışdırıcısı Mikel Arteta bu qarşılaşma haqda danışıb:

“Mən komandamızın çıxışından məmnunam. Güclü rəqiblə qarşılaşdıq. İlk hissədə üstünlüyə malik idik və çoxlu imkanlar yaratdıq, lakin fasilədən sonra oyun dəyişdi. Biz kifayət qədər iş gördük, hətta gözləniləndən də artıq. Bu turnirdə tələblər daha yüksəkdir. Düşünürəm ki, “Arsenal” bu problemin öhdəsindən yaxşı gəldi”.

“Arsenal” ilk turda “Atalanta” ilə qarşılaşmada 0:0 hesablı heç-heçəyə razılaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button