La Liqada sentyabrın ən yaxşı baş məşqçisi bilindi

“Atletik”in (Bilbao) çalışdırıcısı Ernesto Valverde sentyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.

Komanda.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yanaşı, Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real”) bu ad uğrunda mübarizə aparıb.

“Atletik” ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Komanda 14 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button