“Real” Karvahalla bağlı qərar verib

Dani Karvahal yaxın vaxtlarda “Real”la əməkdaşlığını uzada bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi ispaniyalı müdafiəçinin çıxışından razıdır. Tərəflər arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.

Karvahal 2013-cü ilin yayından “Real”da çıxış edir. Onun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.

32 yaşlı futbolçu İspaniya çempionatının bu mövsümündə 7 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button