ÇL: “Komanda “Bayern” kimi rəqiblə görüşə maksimum hazır olmalıdır”

“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasında “Bayern”ə qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az Birmingem klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunun onlar üçün yeni çağırış olduğunu bildirib:

“Bu, bizim və azarkeşlərimiz üçün heyrətamiz andır. Komanda “Bayern” kimi rəqiblə görüşə maksimum hazır olmalıdır. Bu, bizim yeni çağırışımızdır”.

“Aston Villa” – “Bayern” matçı oktyabrın 2-də İngiltərədə keçiriləcək. Emerinin komandası ilk turda “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button