“Əylənə bilmirəm, əylənəcək qədər xoşbəxt deyiləm” – Mourinyo

Son olaraq “Mançester Yunayted”i çalışdıran Joze Mourinyo gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, futbol üçün darıxdığını deyib:

“Hər şeyi düşünmək üçün vaxım oldu, yenidən dəyərləndirdim, təhlil etdim və həqiqətən nə hiss etdiyimi düşündüm. Hələ də, gəncliyimdə olan enerjimə sahib olduğumu hiss edirəm. Dostlarım mənə “gözəl vaxt keçir, əylən” deyirlər. Amma düzü, əylənə bilmirəm, əylənəcək qədər xoşbəxt deyiləm.

Futbol üçün darıxıram. Ən pis hiss gələn təkliflərə “yox” deməkdir. Səbirli olub, doğru layihələri gözləməliyəm”.

56 yaşlı mütəxəssis, milli komandada işləyə bilmək ehtimalı haqqında da danışıb:

“Ayda sadəcə bir oyun keçirmək? Stadion yoxdur, oyun yoxdur, Avropa çempionatı üçün iki il gözlə, yenidən iki il də dünya çempionatı üçün gözlə. Hazırda milli komandada çalışmaq istəmirəm. Gələcəkdə Portuqaliya olmasa da, başqa bir ölkənin millisi ola bilər. Çünki dünya və ya Avropa çempionatlarını izləyəndə, bir gün bu işdə çalışmaq istədiyimi düşünürəm. Daha sonra isə “bu iş mənə görə deyil” deyə, fikirləşirəm. Amma bir gün Portuqaliya millisində çalışsam, böyük qürur duyaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button