MS Rodrini türk futbolçu ilə əvəz etmək istəyir

“Mançester Siti” mövsümün sonuna kimi yarımmüdafiəçisi Rodri Hernandesi itirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu dizindəki çarpaz bağların zədələnməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

“Mançester Siti” Rodrini əvəzləyəcək yeni oyunçu almaq istəyir. “Şəhərlilər” onun yerinə “İnter”də çıxış edən türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlunu dəvət etmək istəyir. Klub türkiyəli futbolçunun transferi üçün italyanlara 50 milyon avro təklif edə bilər.

Çalhanoğlu bu mövsüm 5 matçda iştirak edib, 1 qol vurub. Onun Milan klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button