İngilis futbolçunun Hazard arzusu

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “zadəganlar”ın hansı keçmiş futbolçusu ilə eyni komandada oynamaq istədiyini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, belçikalı keçmiş yarımmüdafiəçi Eden Hazardla bir komandada oynamaq istədiyini bildirib:

“Çelsi” ikonası ilə oynaya bilsəm, bu, şübhəsiz ki, Eden Hazard olardı. Bizim oyunumuz fərqlidir, amma mən də onun kimi həyəcanlı olmağa çalışıram”.

Palmer 2023-cü ilin yayından “Çelsi”də çıxış edir. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm 7 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button