“Futboldan ayrılana qədər “Atletik”də qalmaq istəyirəm”
“Atletik”in hücumçusu İnyaki Uilyams karyerasını harada bitirmək istədiyini açıqlayıb.
Komanda.az “Football”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bütün karyerasını bir klubda keçirmək istədiyini bildirib:
“Bütün karyeramı bir klubda keçirmək istərdim. Futboldan ayrılana qədər “Atletik”də qalmaq istəyirəm. Bu, mənim üçün qürurverici olardı”.
30 yaşlı futbolçu 2015-ci ilin yayından “Atletik”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin ortalarına qədərdir.
Uilyams İspaniya çempionatının bu mövsümündə 7 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin