“Qarabağ” – “Malmö” matçının biletləri bu gün satışa çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçının biletləri sentyabrın 27-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşünə saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button