“Betis”in “Barselona”dan icarəyə götürdüyü oyunçu zədələndi
Vitor Roke yayda “Barselona”dan icarə əsasında “Betis”ə keçdi. Yeni mövsümə uğurlu start verən braziliyalı futbolçu artıq zədələnib.
Komanda.az xəbər verir ki, klub Rokenin sol topuğunun daxili bağlarında cüzi qırılma olduğunu təsdiqləyib:
“Klubun tibbi xidmətinin apardığı müayinələrdən sonra futbolçumuz Vitor Rokenin sol topuğunun daxili bağlarında cüzi qırılma olduğu təsdiqlənib. Proqnoz prosesin inkişafından asılı olacaq”.
Beynəlxalq fasilədən sonra “Betis”in baş məşqçisi Manuel Pelleqrini Rokedən fəal istifadə etməyə başlamışdı. 19 yaşlı forvard artıq qol vurmağı da bacarmışdı. Təəssüf ki, o, zədə səbəbindən qarşıdakı oyunları buraxacaq.
“Betis”in hazırda La Liqada 6 turdan sonra 8 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin