“Çelsi” gözünü Almaniya klubunun hücumçusuna dikib

“Çelsi” gözünü Leverkuzen “Bayer”inin forvardına dikib.

Komanda.az “Team Talk”-a istinadən xəbər verir ki, London klubu “əczaçılar”ın hücumçusu Viktor Bonifeysi almaq istəyir.

“Çelsi” yay transfer pəncərəsi zamanı londonluların maaş şərtlərindən razı qalmayan başqa bir nigeriyalı forvard Viktor Osimheni hədəf seçmişdi. Nəticədə, o, “Napoli”dən icarə əsasında “Qalatasaray”a keçdi.

Bonifeys Bundesliqada yeni mövsümə yaxşı başlayıb. O, 4 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verib. 23 yaşlı hücumçu ötən mövsüm “Bayer”in Bundesliqa və Almaniya kubokunu qazanmasına kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button