Pulişiçə yeni müqavilə təklif ediləcək

Kristian Pulişiç “Milan”la əməkdaşlığını uzada bilər.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi amerikalı futbolçuya 2030-cu ilin ortalarına qədər olan müqavilə təklif edəcək.

Tərəflər arasındakı hazırkı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq.

26 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının cari mövsümündə 5 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button