Məşhur futbolçu karyerasını bitirmək qərarı verdi

“Komo”da çıxış edən fransalı müdafiəçi Rafael Varan gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ciddi zədədən sonra karyerasını bitirmək qərarına gəlib.

Varan İtaliya klubuna azad agent kimi qatılıb, ilk matçda zədələnən müdafiəçi mövsümün qalan hissəsini buraxmalı olacaq.

Varan “Komo”ya keçməzdən əvvəl “Real” və “Mançester Yunayted”dəki çıxışı ilə tanınırdı. O, “kral klubu”nun heyətində 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button