“Sevilya” baş məşqçi ilə müqaviləni uzadıb – Rəsmi

“Sevilya” rəhbərliyi komandanın baş məşqçisi Xavyer Qarsiya Pimenta ilə yeni müqavilə bağlayıb.

Komanda.az Əndəlus klubunun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Pimenta “Sevilya”ya ötən yaydan rəhbərlik edir. Onun komandası İspaniya çempionatının 7 turundan sonra 8 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Sevilya” növbəti oyununu səfərdə “Atletik”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button