Fransa millisi bilərəkdən uduzub? – FİFA araşdırmalara başladı

FİFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.

Komanda.az “RMS Sport” agentliyinə istinadən xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan “xoruzlar” 1/8 finala qrup ikincisi kimi yüksəliblər.

Fransızlar bu görüşdə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə adlasaydı, püşkatmanın nəticələrinə əsasən 1/4 finalda dünya reytinqində birinci sırada olan Braziliya ilə qarşılaşmalı olacaqdı.

Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzublar.

Fransa mundialın 1/8 finalında Tailand yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button