“Liverpul” Almaniya klubunun 3 futbolçusuna göz dikib

Leverkuzen “Bayer”inin üç oyunçusu “Liverpul”un maraq dairəsinə düşüb.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “qırmızılar” Florian Virts, Ceremi Frimponq və Ezekiel Palasiosu heyətinə cəlb etmək istəyir. Onlardan birinin növbəti transfer pəncərəsində “Liverpul”un sıralarına qoşulması mümkündür.

Arne Slotun komandası İngiltərə Premyer Liqasının cari mövsümündə 4 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb. Komanda 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button