“Messini qəzetlərin, jurnalların ön səhifələrində görmək istəyirik”

“Atletiko”nun və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul hücumçu Lionel Messinin yığma komandadakı rolundan danışıb.

Komanda.az “All About”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, komanda üzvlərinin Messini nəşrlərin ön səhifələrində görməsini istədiyini bildirib:

“Leo “gəmi”mizin kapitanıdır. Onun üçün etdiyimiz hər şeyi məmnuniyyətlə edirik. Komanda olaraq Messini qəzetlərin, jurnalların ön səhifələrində görmək istəyirik. Biz bu işdə ona hər cür kömək edirik”.

Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub. 37 yaşlı forvard millinin heyətində 187 oyun keçirib, 109 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button