Keçmiş futbolçu MS – “Arsenal” matçının hakimini tənqid etdi
“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Arsenal” matçında hakimlərin işindən narazı qalıb.
Komanda.az “Give me Sport”-a istinadən xəbər verir ki, danimarkalı keçmiş futbolçu, hakimin görünür, diqqət mərkəzində olmaq istədiyini bildirib:
“Bu gün Premyer Liqada əsas qarşıdurma budur. Niyə bu qədər sarı vərəqə var? Maykl Oliver niyə oyunu pozmaq istəyirdi? Bu, prinsipial mübarizədir, emosiyalar miqyasından çıxdı. Niyə belə etdiyini başa düşmürəm. Görünür, hakim diqqət mərkəzində olmaq istəyirdi”.
Qarşılaşma “Etihad”da baş tutub və 2:2 hesabı ilə başa çatıb. “Mançester Siti” bu matçdan sonra turnir cədvəlinə başçılıq edir, “topçular” isə 4-cü pillədə qərarlaşıblar.
Bizi Facebook-da izləyin