Potterin “Everton” arzusu

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının başqa komandasını çalışdırmaqda maraqlıdır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis hazırda Şon Dayçın rəhbərliyi altında mübarizə aparan “Everton”a rəhbərlik etmək istəyir.

Potter klubun çətinliklərinə baxmayaraq, “Everton”da çalışmağın tərəfdarıdır. O. “Çelsi”dən qovulduqdan sonra – 2023-cü ilin aprelindən işsizdir.

“Everton” Premyer Liqanın ilk 5 turundan sonra 1 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button