“Ter Ştegenin vəziyyəti haqqında nəsə demək mənim üçün çətindir” – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski komandanın qapıçısı Mark-Andre ter Ştegenin zədəsi haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, polşalı futbolçu Ter Ştegenin vəziyyəti haqda danışmağın onun üçün çətin olduğunu bildirib:

“Ter Stegen? Onun vəziyyəti haqqında nəsə demək mənim üçün çətindir.

Oyunla bağlı demək istəyirəm ki, bu qədər qol vurmağımız bizim üçün çox vacibdir. “Barselona” üç gündən bir oynayır, hər matç bizim üçün vacibdir”.

“Barselona” İspaniya çempionatının 6-cı turu çərçivəsində səfərdə “Vilyarreal”la qarşılaşıb. Hans-Diter Flikin yetirmələri 5:1 hesablı qələbəni bayram ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button