“İtaliyada müdafiəçilər İspaniyadakılardan güclüdür”

“Roma”nın 27 yaşlı hücumçusu Artem Dovbik İtaliya çempionatının 5-ci turunda “Udineze” üzərində qazanılan (3:0) qələbədən danışıb.

 Komanda.az “Planeta Roma”-ya istinadən xəbər verir ki, ukraynalı futbolçu yeni çempionata uyğunlaşdığını bildirib:

“Bu, komandamız üçün vacib nəticədir. Belə qələbələr sayəsində özümüzə inamımızı bərpa edirik. Yeni çempionata uyğunlaşıram, buradakı müdafiəçilər İspaniyadakılardan güclüdür.

Paulo Dibala? Mən onunla oynamağı xoşlayıram. Bizim əla qarşılıqlı əlaqəmiz var”.

Dovbik cari İtaliya çempionatında 5 oyun keçirib, 2 qol vurub. “Roma” 5 turun nəticələrinə əsasən, 6 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button