Qvardiola: “O, çox ağıllı futbolçudur”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın müdafiəçisi Riko Lyuis haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Lyuis istənilən mövqedə oynaya bilər. O, çox ağıllı futbolçudur. O, əla futbol oynayır! Onu müəyyən mövqeyə qoysaz, o, nə edəcəyini biləcək”.

19 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının bu mövsümündə 4 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib. Tərəflər arasındakı mövcud müqavilə 2028-ci ilin yayında başa çatacaq.

“Şəhərlilər” Premyer Liqanın dörd oyunundan sonra 12 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button