“Xavi Yamala debüt etmək üçün daha tez icazə vermək istəyirdi, amma…”

“Barselona”nın idman müşaviri Yordi Kroyff klubun keçmiş baş məşqçisi Xavinin Lamin Yamalın oyununa ilk reaksiyasından danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, klub rəsmisi, Xavinin Yamala debüt etmək üçün daha tez icazə vermək istədiyini bildirib:

“Yadımdadır, Yamal ilk dəfə məşqə gəldikdən beş dəqiqə sonra Xavi mənə baxaraq dedi: “Bu uşaq xüsusidir”. Xavi ona debüt etməyə daha tez icazə vermək istəyirdi, amma onun müqaviləsi yox idi”.

“Barselona” 2023-cü ildə ispaniyalı vingerlə müqaviləni 2026-cı ilə qədər uzadıb. Yamal İspaniya klubunda ilk matçını 15 yaşında keçirib və bununla da, La Liqa tarixinin ən gənc oyunçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button