Luis Enrike PSJ ilə anlaşa bilmir?

PSJ-nin baş məşqçisi Luis Enrike klubu ilə müqaviləni uzatmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu ispaniyalı çalışdırıcı ilə yeni müqavilənin şərtlərində demək olar ki, razılaşıb. Lakin tərəflər hələlik sözləşmənin hansı müddətə hesablanacağı barədə anlaşa bilmirlər.

Enrike PSJ ilə debüt mövsümündə çempionluq və Fransa kubokunu qazanıb, həmçinin parisliləri Dortmund “Borussiya”sına məğlub olduqları Çempionlar Liqasının yarımfinalına qədər daşıyıb.

54 yaşlı mütəxəssis əvvəllər Çempionlar Liqasının qalibi olduğu “Barselona”ya rəhbərlik edib. O, İspaniya millisində də çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button