AFFA prezidenti UEFA-nın toplantısına qatılıb

AFFA prezidenti Rövşən Nəcəf Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində keçirilən toplantıya qatılıb.

Komanda.az xəbər verir ki, tədbirdə AFFA prezidenti ilə yanaşı, icraçı vitse-prezident Sərxan Hacıyev də iştirak ediblər.

Toplantı çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin hər iki ölkədə futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button