“Nyukasl”ın baş məşqçisinin İsakla bağlı şübhəsi var
“Nyukasl”ın baş məşqçisi Eddi Hou hücumçu Aleksandr İsakın Premyer Liqanın növbəti turunda – “Fulhem”lə oyunda komandasına kömək edəcəyinə şübhə etdiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu gün mən daha çox məlumat əldə edəcəm. Qəribə vəziyyət idi, çünki top sadəcə onun gözünü oxşayırdı və biz o vaxt bunun İsakın meydanı tərk etməsinin əsas səbəbi olduğunu düşünürdük. Sonra onun ayağı da əzilmişdi, ona görə də, hazırda ikisinin kombinasiyası var. Bu gün qərar verəcəyik”.
İsveçli futbolçu ötən bazar günü “Vulverhempton”la oyunda göz ətrafında şişlik yarandığı üçün fasilədə meydanı tərk etmək məcburiyyətində qalıb. İsak üstəlik barmağının zədəsi ilə mübarizə aparıb.
24 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin