Platinidən təklif: Futbol 10 oyunçu ilə oynanılsın

UEFA-nın sabiq prezidenti Mişel Platini oyun qaydalarında köklü yenilik təklif edib.

Komanda.az RMC-yə istinadən xəbər verir ki, o, oyunçu sayını azaltmağın gərək olduğunu bildirib:

“Bəlkə də, hər komandadan bir oyunçu çıxarıb, 10-10-a matç oynamalıyıq. Keçən əsrdə 11 nəfərlə oynayırdılar, amma sonra futbol çox ləng gedirdi. İndi hər şey daha sürətlidir. O vaxt futbolçular fiziki cəhətdən daha güclü idi. Düşünürəm ki, oyunçuların sayını azaltmaq yaxşı olardı. Bunun sayəsində meydançada daha çox boş yer olacaq”.

Mövcud reqlamentə görə, bir komandada qapıçı da daxil olmaqla 11 futbolçu çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button