Qrinvud 4 klubun “radar”ındadır

Böyük klublar heç vaxt heyətlərini tamamlamaq üçün işləməkdən əl çəkmirlər. Nəhəng klublar artıq potensial namizədləri öyrənirlər, gələcək transfer pəncərələri haqqında düşünürlər.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, bir sıra top klublar hücumçu Meyson Qrinvudun oyununu izləyir. 22 yaşlı futbolçu “Real”, “Barselona”, PSJ və “Bayern” kimi klubların “radar”ındadır.

Qrinvud yayda “Mançester Yunayted”dən “Marsel”ə keçib. Fransa klubunda 4 matçda iştirak edən futbolçu 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button