“Bayern” onu göndərmək niyyətində deyil
“Bayern” rəhbərliyi hücumçu Mateys Tili növbəti transfer pəncərəsində icarəyə verməyi planlaşdırmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun idman direktoru Kristof Freund əmin edib ki, onlar fransalı futbolçunu ən azı cari mövsümün sonuna qədər saxlamaq niyyətindədirlər:
“Yanvarda Tilin icarəyə verilməsi məsələsi müzakirə olunmur. O mövsümöncəsi oyunlarda yaxşı təsir bağışladı. Hələ çox gəncdir, uzun müddətdir ki, bizimlədir. Həmişə özünü tənqid edir və hər gün öz üzərində çox çalışır. Mən onun üçün narahat deyiləm”.
19 yaşlı forvard bu mövsüm Almaniya Bundesliqasında 2 oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin