Avropa Liqası: “Qarabağ”la matçda isveçli azarkeşlər üçün biletlərin qiyməti məlum olub

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Malmö” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletlərin qiyməti məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Səfər fanatları üçün biletin qiyməti 140 İsveç kronudur (təxminən 24 manat).

Qarşılaşmanı izləmək üçün qonaq tərəfdarlar ayrılmış vauçerləri “Malmö”nün rəsmi saytından əldə edə bilərlər. Onlar daha sonra bunları biletlərlə diyişdirməlidirlər. Mübadilənin necə və nə vaxt olacağı bilet alıcılarının elektron poçt ünvanlarına göndəriləcək.

Oktyabrın 3-də təşkil olunacaq “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də start götürəcək. Azərbaycan çempionu 1-ci turda, sentyabrın 26-da İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button