Azərbaycan yığması Çexiyada ilk məşqini keçirdi

Sentyabrın 19-da və 20-də Çexiya yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, komandamız bu gün oyunun keçiriləcəyi Zlin şəhərindəki idman zalında ilk məşqinə çıxıb.

Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar taktiki tapşırıqlar və standart vəziyyətlərin icrası üzərində çalışıb. Növbəti məşq sabah eyni məkanda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button