Keçmiş futbolçusu “Mançester Yunayted”i tənqid etdi

“Mançester Yunayted”in sabiq hücumçusu Brayan Makkleyr Skott Maktomineyin “Napoli”yə transferini tənqid edib.

Komanda.az “The Scotsman”-a istinadən xəbər verir ki, o, ömrünün 20 ilini “Mançester Yunayted”ə həsr edən Maktomineyin komandadan getməsinə məyus olub:

“Ümid edirəm ki, o, “Napoli”də əla vaxt keçirəcək. Səkkiz yaşından bəri komandada olan oyunçulara artıq ehtiyac qalmaması həmişə məyus edir. Çünki pulu götürməyin daha yaxşı olduğuna dair bir fikir var”.

“Napoli” şotlandiyalı yarımmüdafiəçi üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəyib. 27 yaşlı oyunçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Skott Maktominey “Mançester Yunayted”in yetirməsidir. Şotlandiya millisinin üzvü “qırmızı şeytanlar”ın əsas komandasının heyətində meydana çıxdığı 255 rəsmi matçda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button