“Gəncə”dən yeni transfer

“Gəncə” basketbol klubu heyətinə daha bir legioner cəlb edib.

Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dan olan Marqus Gilsonla müqavilə imzalanıb. 25 yaşlı mərkəz oyunçusu mövsümün sonunadək “Gəncə”nin uğurları üçün çalışacaq.

Gilson son mövsümü Gürcüstanda keçirib. O, “Kutaisi” ilə ölkə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button