“Halandı “Real”a dəvət edərdim” – Keçmiş futbolçu
“Real”ın keçmiş futbolçusu Quti Madrid klubunda görmək istədiyi oyunçunun adını açıqlayıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Erlinq Halandın adını çəkib:
“Erlinq Halandı “Real”a dəvət edərdim. Ümid edirəm ki, bu futbolçu klub prezidenti Florentino Peresin növbəti hədəfinə çevriləcək”.
Haland hazırda “Mançester Siti”nin oyunçusudur. O, 2022-ci ildən İngiltərə klubunda çıxış edir. Tərəflər arasında müqavilə 2027-ci ilin ortalarına qədər qüvvədədir. 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyun keçirib və 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin