Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb

Azərbaycan badmintonçusu Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə uğurla çıxışla yadda qalıb.

Komanda.az xəbər verir ki, Malayziyada dünya üzrə badmintonda öncüllərdən sayılan güclü rəqiblərlə qarşılaşan Ülvi 18 yaşadək kişi badmintonçuların şəxsi yarışında bürünc medal qazanıb.

Mübarizəyə 1/32 finaldan başlayan badmintonçu yalnız finala gedən yolda turnirin qalibi yerli idmançı Lai Man Tata gərgin keçən görüşdə 0:2 (22-24,16-21) hesabı ilə uduzub.

Hüseynov 2023-cü ildən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı mütəmadi olaraq ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button