“Milli komandada oynamaq Tonaliyə fayda verəcək”
“Nyukasl”ın baş məşqçisi Eddi Hou yarımmüdafiəçi Sandro Tonalinin durumu haqda danışıb.
Komanda.az xəbər verir ki, ingiltərəli çalışdırıcı mətbuat konfransında Tonalinin milli komandada yaxşı çıxış etdiyini bildirib:
“Düşünürəm ki, milli komandada oynamaq Tonaliyə fayda verəcək. O, yaxşı çıxış etdi və qalib komandanın üzvü idi. Bu, Sandro üçün əladır. Əminəm ki, hazırda onun vəziyyəti yaxşıdır. Onun qayıdışının ilk həftələridir və biz hazır olmasına şadıq”.
Tonalinin mərc qaydalarını pozduğuna görə uzunmüddətli diskvalifikasiya müddəti bu yaxınlarda başa çatıb. O, sentyabrda İtaliya millisinin heyətində UEFA Millətlər Liqasındakı iki oyunda 90 dəqiqə meydanda olub.
“Nyukasl” Premyer Liqada növbəti matçını sentyabrın 15-də “Vulverhempton”a qarşı keçirəcək.
Bizi Facebook-da izləyin