“Liverpul”un futbolçusu 2 aylıq sıradan çıxdı
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Harvi Elliott ciddi zədə alaraq 2 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu İngiltərənin gənclərdən ibarət millisinin heyətində sıradan çıxıb.
Onun ayaq sümüyündə sınıq aşkarlanıb.
Elliott cari mövsüm “Liverpul”un heyətində 1 görüşdə, 7 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin