“Sane çoxdan Mbappe səviyyəsində olmalı idi”
Niderlandlı sabiq futbolçu Rafael van der Vart “Bayern”in yarımmüdafiəçisi Leroy Sanenin karyerası haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu, Sanenin daha yaxşı oynamasını gözlədiyini bildirib:
“Mən Sanenin daha yaxşı oyanmasını gözləyirəm. Düşünürəm ki, o, bacarığının yalnız 20 faizində oynayır. Bu, özünü tam göstərmək üçün kifayət deyil. Özünü yüz faiz göstərsə, nə olacağını düşünün. Leroyun indi 28 yaşı var. O, çoxdan Mbappe səviyyəsində olmalı idi”.
Sane 2020-ci ilin yayından Münhen nəhənginin rənglərini qoruyur. Almaniyalı futbolçu “Bayern”in heyətində 175 oyun keçirib, 48 qol vurub, 50 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin